Medianews.az
Netanyahu Trampla görüşəcək -
106 baxış

Netanyahu Trampla görüşəcək - Əsas detalları açdı

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında deyib.

Netanyahu dekabrın sonuna qədər ABŞ lideri ilə görüşmək niyyətində olduğunu bildirib:

“Biz sülh üçün imkanlar və Fələstinin HƏMAS radikal hərəkatının Qəzza zolağında “hakimiyyətinə son qoymaq” məsələlərini müzakirə edəcəyik. Trampın anklavdakı münaqişənin həlli üzrə sülh planının birinci mərhələsi artıq praktiki olaraq həyata keçirilib və onun ikinci mərhələsi tezliklə başlayacaq”.

İsrailin baş nazirinin sözlərinə görə, regional nizamlanmanın üçüncü mərhələsinə “Qəzzanın de-radikalizasiyası” daxil olacaq.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.

Bizə qoşulun