Medianews.az
Məşhur müğənnidən
100 baxış

Məşhur müğənnidən evlilik qərarı

Türkiyəli məşhur müğənni Zeynep Bastık ilə aktyor Serkan Tütüncü evlilik qərarı alıb.

Medianews.az xəbər verir ki, cütlüyün toyunun yay mövsümü başa çatmadan keçirilməsi planlaşdırılır.

Məlumata görə, ötən ilin may ayında Parisə etdikləri səfər zamanı aktyor müğənniyə evlilik təklifi edib. Hazırda toy hazırlıqlarına başlayan cütlük nikah mərasiminin sentyabr ayından sonraya qalmayacağını açıqlayıb. Zeynep Bastık bildirib ki, toy ailə üzvləri və yaxın dostların iştirakı ilə, sadə formatda keçiriləcək.

"Hazırlıqlar başlayıb. Sentyabrdan sonraya saxlamayacağıq. Toyu yay bitməmiş edəcəyik. Mərasim ailə arasında olacaq", - müğənni qeyd edib./Lent.az

Bizə qoşulun