Medianews.az
"Neftçi" vacib
113 baxış

"Neftçi" vacib qarşılaşmaya çıxır

“Neftçi” bu gün Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.

Medianews.az bər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi “Osiyek”lə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bununla da “Neftçi” Sloveniyadakı təlim-məşq toplanı başa vuraraq sabah Bakıya dönəcək.

Qeyd edək ki, “Neftçi” bunadək keçirdiyi yoxlama oyunlarında Serbiyanın “Radniçki Niş” klubunu 3:0 hesabı ilə məğlub edib, Serbiyanın “Partizan” komandasına 0:1, Rumıniyanın ÇFR klubuna isə 1:2 hesabı ilə uduzub.//Teleqraf 

Bizə qoşulun