Medianews.az
​Monika Belluççi ev axtarır -
42 baxış

​Monika Belluççi ev axtarır - FOTO

Monika Belluççi yeni filmi "Iride"nin çəkilişləri üçün Romada görüntülənib.

Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, 61 yaşlı aktrisa çəkilişlərə verilən fasilə zamanı dostları ilə birlikdə paytaxtda mənzil axtararkən kameralara tuş gəlib. Belluççi şəhərdə mənzillərdən birinə baxış keçirib. Təxminən 45 milyon dollarlıq sərvətə sahib olduğu bildirilən aktrisanın baxdığı evin qiyməti açıqlanmayıb.

Qeyd edək ki, "Bram Stoker's Dracula", "Irreversible" və "The Passion of the Christ" filmləri ilə tanınan Monika Belluççi karyerası ərzində İtaliya, Fransa və ABŞ istehsalı olan bir çox ekran işində rol alıb. Aktrisa həmçinin "The Matrix Reloaded" və "The Matrix Revolutions" filmlərində "Persephone" obrazı ilə də yadda qalıb.

Bizə qoşulun