Medianews.az
​“Arsenal” Arteta ilə bağlı
72 baxış

​“Arsenal” Arteta ilə bağlı qərarını verdi

“Arsenal” klubu baş məşqçi Mikel Arteta ilə bağlı qərarını verib.

Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, London təmsilçisi ispaniyalı mütəxəssisə yeni müqavilə təklif etməyə hazırlaşır. Klub rəhbərliyi sözləşmə ilə bağlı detalları artıq hazırlayıb.

Məlumata görə, bu addım komandanın mövsümü hansı nəticə ilə başa vurmasından asılı deyil. Rəhbərlik Artetanın fəaliyyətindən razıdır və onunla uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir.

Baş məşqçi də “Arsenal”da qalmağa isti yanaşsa da, hazırda bütün diqqətini mövsümün həlledici qarşılaşmalarına yönəldib.

Qeyd edək ki, Artetanın klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2019-cu ilin sonundan etibarən “topçular”ı çalışdırır.

Hazırda “Arsenal” Premyer Liqada lider mövqedə qərarlaşıb və eyni zamanda Çempionlar Liqasının finalına vəziqə qazanıb.

Bizə qoşulun