Medianews.az
ABŞ-dən İraqa
47 baxış

ABŞ-dən İraqa yeni sanksiyalar

Amerika Birləşmiş Ştatları İraqın neft nazirinin müavininə, bu ölkənin bəzi enerji müəssisələrinə və İraqda fəaliyyət göstərən iki silahlı qrupa qarşı sanksiyalar tətbiq edib.

Medianews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott açıqlama yayıb.

Onun sözlərinə görə, ABŞ-nin qara siyahısına daxil edilən şəxslər və qurumlar İraqın suverenliyinə xələl gətirir, ölkənin təbii ehtiyatlarını talayır, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılıqları təşviq edirlər. Sezar pizza

Piqott iddia edib ki, İraqın neft nazirinin müavini Əli əl-Bəhadli İran neftinin İraq nefti ilə qeyri-qanuni şəkildə qarışdırılmasını təşkil edib və həmin xammalın Tehranın maraqlarına uyğun satışını həyata keçirib.

Diplomat əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər "Kətaib Seyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" silahlı qruplaşmalarına da şamil olunub.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin fikrincə, bu qruplar terror fəaliyyətini maliyyələşdirmək məqsədilə İraq iqtisadiyyatını istismar etməyə davam edirlər./Oxu.az

Bizə qoşulun