Medianews.az
Buna görə ölkə başçısına minnətdaram -
78 baxış

Buna görə ölkə başçısına minnətdaram - Tanınmış aktrisa

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmək mənim üçün böyük qürur və məsuliyyətdir.

Medianews.az Report-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Hicran Nəsirova deyib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman mədəniyyətə, incəsənət xadimlərinə xüsusi diqqət və qayğı göstərib: "Bu diqqət sənət adamlarını daha da ruhlandırır".

Səhhətində yaranan problemlər səbəbi ilə bir müddət film və tamaşalarda rol ala bilmədiyini diqqətə çatdıran aktrisa deyib:

"Tamaşaçılarım üçün çox darıxmışam. Ümid edirəm ki, yenidən səhnədə və ekran qarşısında onlarla görüşəcəyəm. Yaradıcılığıma göstərilən bu etimada görə ölkə başçısına minnətdaram".

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 7-də imzaladığı Sərəncamla Hicran Nəsirovaya Prezidentin fərdi təqaüdü verilib.

Bizə qoşulun