Rusiyada turist ayının hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, hadisə İrkutsk vilayətində baş verib.
Kişi yırtıcı ilə mübarizə apara bilib və ciddi xəsarətlərdən xilas olub.
Zərərçəkənin dediyinə görə, ayı qəfil onun üstünə atılaraq onu yıxıb. Turist yırtıcı heyvanın qarnına və pəncələrinə təpik və yumruq vuraraq fəal şəkildə mübarizə aparmağa başlayıb. Belə müqavimətdən qorxan heyvan geri çəkilərək meşədə gözdən itib.
Kişi ən yaxın turist bazasına qədər 16 km qaçıb. Həkimlər qurbanın üzərində yalnız kiçik cızıqları qeyd ediblər. Təklif edilən yardıma baxmayaraq, turist əlavə müalicədən imtina edib və evinə gedib.
Medianews.az