Medianews.az
Mirzoyan AŞPA-da Azərbaycanla sülhdən
50 baxış

Mirzoyan AŞPA-da Azərbaycanla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı regionda bərqərar olan sülhün detallarını və “Tramp Yolu” layihəsinin əhəmiyyətini açıqlayıb.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, nazir Ermənistan və Azərbaycan arasında sülhün artıq həqiqətə çevrildiyini və tərəflərin iqtisadi əməkdaşlığa başladığını bildirib.

O qeyd edib ki, 8 avqust sazişlərindən sonra artıq ikitərəfli ticarət əlaqələri bərpa olunub:

“Vaşinqton sammitində razılaşdırılan “Tramp Yolu” bütün Cənubi Qafqazı mühüm tranzit bölgəsinə çevirəcək. “Tramp Yolu” Ermənistan və Azərbaycanın təkcə tranzit mərkəzinə çevrilməsinə deyil, həm də bütün Cənubi Qafqazı tranzit bölgəsinə çevirməsinə imkan verəcək. Bu layihə təkcə insanların əlaqəsini deyil, həm də malların dövriyyəsini təmin edəcək”.

Mirzoyan vurğulayıb ki, 14 yanvarda amerikalı tərəfdaşlarla birlikdə infrastrukturla bağlı prinsiplər barədə tam razılığa gəlinib:

“Vaşinqton Sülh Sammiti zamanı Ermənistanın suveren ərazisində fəaliyyət göstərəcək və milli qanunvericiliyimiz əsasında, yurisdiksiyamız çərçivəsində həyata keçiriləcək “Tramp Yolu”nu müəyyən etmək barədə razılığa gəldik. Fundamental prinsiplər tam qəbul edilib, imzalanıb və dərc edilib”.

Nazir həmçinin paraflanmış sülh sazişinin yaxın aylarda imzalanacağına və təsdiqlənəcəyinə ümid etdiyini bildirərək, “Tramp Yolu”nun sülh və əməkdaşlıq amili olacağını əlavə edib.

Bizə qoşulun