Medianews.az
Mingəçevirdə şagird məktəbin pəncərəsindən
56 baxış

Mingəçevirdə şagird məktəbin pəncərəsindən yıxılıb

Bu gün Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.  

Medianews.az-ın məlumatına görə, Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.

Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib.

Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bizə qoşulun