Medianews.az
Milyarder baş nazir postuna döndü
92 baxış

Milyarder baş nazir postuna döndü

Çexiya prezidenti Petr Pavel dekabrın 9-da iş adamı, milyarder Andrey Babişi baş nazir təyin edib.

Medianews.az bildirir ki, 1954-cü il təvəllüdlü Andrey Babiş 2017-2021-ci illərdə baş nazir olub. Onun liderlik etdiyi Narazı Vətəndaşlar Aksiyası parlamentin aşağı palatasına oktyabrın 3-4-də keçirilmiş seçkidə önə çıxaraq 200 yerlik qanunverici orqana 80 mandat qazanıb, başqa siyasi qüvvələrlə koalisiyaya girib.

Ölkədə icra hakimiyyətini aşağı palataya seçkinin nəticəsi əsasında qurulan hökumət həyata keçirir.

Ümumxalq seçkisində seçilən prezident Çexiyada dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı sayılır. Petr Pavel prezident postunu 2023-cü ildən tutur.

Medianews.az

Bizə qoşulun