Medianews.az
DÇ-2026: Argentina yarımfinala yüksəlib
163 baxış

DÇ-2026: Argentina yarımfinala yüksəlib

2026-cı il dünya çempionatında 1/4 final mərhələsinin oyunları başa çatıb.

Medianews.az Apasport.az-a istinadən xəbər verir ki, mərhələnin son qarşılaşmasında Argentina və İsveçrə milliləri üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 05:00-da start götürüb.

Oyunda hesabı Argentina millisi açıb. 10-cu dəqiqədə Aleksis Mak Alister cənubi amerikalıları önə keçirib: 1:0.

67-ci dəqiqədə İsveçrə tarazlığı bərpa edib. Avropalıların heyətində Ndoye fərqlənib 1:1.

90 dəqiqə ərzində başqa qol vurulmayıb və matç əlavə vaxta gedib.

112-ci dəqiqədə Xulian Alvarez möhtəşəm zərbəylə Argentinanı hesabda önə keçirib: 2:1.

121-ci dəqiqədə Lautaro Martinez hesabı 3:1 edib.

Görüş bu hesabla başa çatıb və Argentina millisi adını yarımfinala yazdırıb.

Qeyd edək ki, Argentina yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

DÇ-2026
1/4 final
12 iyul

05:00. Argentina – İsveçrə 3:1

Qol: Mak Alister, 10, Ndoye, 67, Alvarez, 112, L. Martinez, 121

Qırmızı vərəqə: Embolo, 72

Bizə qoşulun