Medianews.az
"Milan" Andrey Kostiçi transfer etdiyini
107 baxış

"Milan" Andrey Kostiçi transfer etdiyini açıqlayıb

İtaliyanın "Milan" klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Medianews.az "Report"a istinadən xəbər verir ki, komanda Serbiyanın "Partizan" kollektivindən Andrey Kostiçi sıralarına cəlb edib.

Bu transfer "rossenerilər"ə 8 milyon avroya başa gəlib. Bundan əlavə, Belqrad klubu oyunçunun gələcəkdə satışından 10 faiz qazanacaq.

19 yaşlı monteneqrolu forvard yaya qədər "Partizan"da çıxış etməyə davam edəcək.

Qeyd edək ki, Andrey Kostiç cari mövsüm Serbiya çempionatında 27 oyunda 11 qol vurub.

Bizə qoşulun