Lionel Messi “İnter Miami” komandası ilə birlikdə ABŞ-nin Ağ evinə dəvət olunub.
Medianews.az xəbər verir ki, ziyarət dünya futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Messinin ziyarətindən sonra sosial mediada Dieqo Maradonanın ABŞ haqqında illər əvvəl dediyi sözlər yenidən paylaşılmağa başlanıb.
Maradona bir müsahibəsində ABŞ-də aldığı mükafatı rədd etdiyini, bunun əvəzinə Kubadakı mükafatı aldığını demişdi:
“Amerikalılar mənə bir mükafat verdilər; Kubada da birini verdilər. Mən dedim ki, sizinkini sizdə saxlayın, mən Kubadakını alıram.”
Sosial şəbəkələrdə bir çox istifadəçi iki argentinalı ulduzun fərqli dövrlərdəki mövqeylərini müqayisə edən paylaşımlar ediblər.
Medianews.az
