Medianews.az
Məşhur yutuber 3 ildən sonra YouTube-a qayıtdı:
88 baxış

Məşhur yutuber 3 ildən sonra YouTube-a qayıtdı: qazanc iddiası müzakirələr yaratdı - FOTO

3 illik fasilədən sonra YouTube-a qayıdan türkiyəli Enes Batur “Həyatım” adlı videosu ilə qısa müddətdə milyonlarla baxış toplayıb.

Medianews.az xəbər verir ki, video ilk 24 saatda 10 milyondan çox izlənərək böyük rezonans doğurub.

Sosial şəbəkələrdə onun bu videodan 6 milyon TL (təxminən 230 min 400 manat) qazandığı iddia olunub. Lakin Enes Batur bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, əsas gəlirinin ianələrdən olduğunu və bu məbləğin 81 min 193 TL (təminən 3 min 118 manat) təşkil etdiyini açıqlayıb.

Batur həmçinin qeyd edib ki, yeni video sayəsində kanalına 800 min abunəçi əlavə olunub və ümumi abunəçi sayı 17,5 milyona çatıb.

Medianews.az

 

Bizə qoşulun