Medianews.az
Məşhur türkiyəli aktyor saxlanıldı,
94 baxış

Məşhur türkiyəli aktyor saxlanıldı, çəkilişlər dayandı

TRT-nin “Atəş dənizi” serialının çəkiliş meydançasında polis yoxlaması aparılıb. Yoxlama zamanı tanınmış türkiyəli aktyor Erdem Kaynarca ifadə vermək üçün saxlanılıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları çəkiliş meydançasına gələrək aktyorun avtomobilində yoxlama aparıblar. Aktyorun avtomobilində qadağan olunmuş maddə aşkar edilməyib.

Aktyor ifadə verdikdən, həmçinin saç və qan nümunələri təqdim etdikdən sonra sərbəst buraxılıb.

Hadisə ilə əlaqədar “Atəş Denizi” serialının çəkilişləri bir həftə müddətinə dayandırılıb.

Bizə qoşulun