Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez barədə yayılan iddia maqazin gündəmini silkələyib.
Medianews.az xəbər verir ki, Selena Qomezin rejissor Bradi Korbetin çəkəcəyi “The Origin of the World” adlı +18 film layihəsində rol alacağı iddia olunur.
Məlumata görə, 1970-ci illər atmosferində keçəcəyi deyilən filmin təxminən 4 saat davam edəcəyi və cəsarətli səhnələri ilə diqqət çəkəcəyi bildirilir. Hollywood kulislərində layihənin son illərin ən qalmaqallı ekran işlərindən biri olacağı müzakirə edilir.
İddialara əsasən, filmdə Selena Qomezlə yanaşı Cate Blanchett və Michael Fassbender kimi məşhur aktyorların da rol alacağı gözlənilir. Lakin layihənin aktyor heyəti ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Medianews.az


