Medianews.az
Gənc qızın müəzzinlə bağlı paylaşımı gündəm oldu -
73 baxış

Gənc qızın müəzzinlə bağlı paylaşımı gündəm oldu - VİDEO

Türkiyədə gənc bir qız ona evlilik təklifi etdiyi iddia olunan müəzzinin səs yazısını sosial şəbəkədə paylaşaraq gündəm olub.

Medianews.az xəbər verir ki, hadisə qısa zamanda sosial mediada geniş müzakirələrə səbəb olub.

İddiaya görə, müəzzin sosial şəbəkə vasitəsilə əlaqə saxladığı gənc qıza evlilik təklif edib. Qız isə ona göndərilən səs yazısını paylaşaraq yaşananları ifşa edib.

Yayılan səs yazısında kişinin “Səni bəyəndim, ciddi düşünürəm” kimi ifadələr işlətdiyi eşidilir. Gənc qız isə bu vəziyyətin onu narahat etdiyini bildirib.

Hadisədən sonra sosial şəbəkələrdə mövzu ilə bağlı fərqli rəylər səsləndirilib. Bəzi istifadəçilər müəzzini tənqid etsə də, digərləri şəxsi münasibət təklifinin normal olduğunu müdafiə edib. 

Medianews.az 

Bizə qoşulun