Medianews.az
WUF13-də inklüzivlik nümunəsi:
78 baxış

WUF13-də inklüzivlik nümunəsi: Əlilliyi olan şəxslər üçün tam əlçatan mühit yaradıldı

Ümumdünya Şəhərsalma Forumunda (WUF13) inklüzivlik məsələləri xüsusi diqqət mərkəzində saxlanılıb. 

Medianews.az xəbər verir ki, Əlillər Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bildirib ki, həm WUF13, həm də bundan əvvəl keçirilən COP29 tədbirlərində inklüziv cəmiyyət üçün yüksək səviyyədə şərait yaradılıb.

Onun sözlərinə görə, forum məkanında hərəkət məhdudiyyətli şəxslər, görmə əngəlli insanlar və əlil arabasından istifadə edən iştirakçılar üçün bütün imkanlar nəzərə alınıb:
“Forum keçirilən ərazilərdə və konfrans zallarında rahat giriş-çıxış təmin olunub. Hərəkət üçün heç bir maneə yoxdur. Burada səsləndirilən çağırışların gələcəkdə müsbət təsirləri olacaq”.

Bakı sakini Zinyət Vəliyeva isə forum çərçivəsində inklüzivliyin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O qeyd edib ki, xüsusi “shuttle” nəqliyyatı və yaradılan şərait sayəsində əlilliyi olan şəxslər tədbirlərdə rahat iştirak edə bilirlər: “Xüsusi shuttle nəqliyyatlarından başlayaraq bütün stend və konfranslara rahat şəkildə qatılırıq. Əlilliyi olan şəxslər bu günlər ərzində könül rahatlığı ilə forum məkanına gələ bilərlər. Rahat nəqliyyat və əlçatan mühit təmin olunub”.

Zinyət Vəliyeva əlavə edib ki, forum çərçivəsində inklüziv şəhərsalma ilə bağlı keçirilən panel və dialoqlarda iştirak edib, dünya təcrübəsində tətbiq olunan faydalı nümunələrlə tanış olub:

“Dünyada əlilliyi olan uşaqların gələcəkdə çətinliklərlə üzləşməməsi üçün mühüm çağırışlar edildi. Problemlərin zamanla həll olunacağına inanıram”.

Medianews.az

Bizə qoşulun