Medianews.az
Çində intihar böhranı böyüyür –
86 baxış

Çində intihar böhranı böyüyür – gəncin son görüntüləri yayıldı

Chinada gənc bir oğlanın faciəvi ölümü ölkədə artan psixoloji problemlər və intihar halları ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Medianews.az xəbər verir ki, gənc oğlanın həyatına son verməzdən əvvəl çəkilən son görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Kadrlarda onun uzun müddət təkbaşına gəzdiyi və ətrafı seyr etdiyi görünür.

Hadisədən sonra Çində xüsusilə gənclər arasında artan psixoloji təzyiqlər yenidən gündəmə gəlib. Ekspertlər bildirirlər ki, təhsil təzyiqi, işsizlik, ağır iş şəraiti və iqtisadi qeyri-müəyyənlik gənclərin psixoloji durumuna ciddi təsir göstərir. 

Müzakirələrdə “996 iş sistemi” adlandırılan – səhər 9-dan axşam 9-a qədər, həftədə 6 gün işləmə modeli də sərt tənqid olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra minlərlə istifadəçi “Çində gənclər tükənir” fikirlərini paylaşıb. 

Medianews.az

Bizə qoşulun