Medianews.az
Nyu Yorkda DƏHŞƏTLİ PARTLAYIŞ -
80 baxış

Nyu Yorkda DƏHŞƏTLİ PARTLAYIŞ - VİDEO

ABŞ-ın Nyu-York şəhərində avtomobilin partlaması böyük panikaya səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə Manhettendə yerləşən məşhur “Charging Bull” heykəlinin yaxınlığında baş verib. Birdən-birə partlayan avtomobil ətrafda olan insanlar arasında təşviş yaradıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobildən yüksələn böyük alov topu və qalın tüstü diqqət çəkib. Hadisə yerində olan insanlar qorxu içində ərazidən uzaqlaşıblar.

Partlayışdan sonra bəzi sosial media istifadəçiləri hadisənin terror aktı ola biləcəyini iddia etsələr də, ABŞ rəsmiləri bununla bağlı hələlik rəsmi açıqlama verməyib. Hazırda hadisənin texniki nasazlıq, yoxsa başqa səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, partlayışın baş verdiyi ərazi Nyu-Yorkun ən sıx turist bölgələrindən biri hesab olunur. 

Medianews.az

Bizə qoşulun