Medianews.az
Dəhşətli qəza: 1 ölü, 9 yaralı -
80 baxış

Dəhşətli qəza: 1 ölü, 9 yaralı - VİDEO

İstanbulun Beşiktaş rayonunda baş verən ağır yol qəzası faciə ilə nəticələnib.

Medianews.az xəbər verir ki, iki avtomobilin baş-başa toqquşması nəticəsində 1 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Hadisə gecə saatlarında Beşiktaşda yerləşən əsas yollardan birində qeydə alınıb. İddialara görə, yüksək sürətlə hərəkət edən avtomobillərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb və digər maşınla toqquşub.

Qəzanın təsirindən avtomobillər ciddi zədələnib. Hadisə yerinə çoxsaylı polis, təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. Yaralılar ətraf xəstəxanalara aparılıb.

Polis qəzanın dəqiq səbəblərini araşdırır. Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin tanınmaz hala düşdüyü görünür.

Medianews.az

Bizə qoşulun