Dekabrın 10-da Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini (kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsi) 6,75 faizə endirib.
Medianews.az bildirir ki, 2025-ci il 7,25 faizlə start götürüb.
Maksimum uçot dərəcəsi 2007 və 2018-ci illərdə 13 faiz, 2008, 2016 və 2017-ci illərdə 15 faiz, 2009 və 2012-ci illərdə 5 faiz, 2010 və 2015-ci illərdə 3 faiz, 2011-ci ildə 5,25 faiz, 2013-cü ildə 4,75 faiz, 2014-cü ildə 4,25 faiz, 2019-cu ildə 9,25 faiz, 2020 və 2021-ci illərdə 7,25 faiz, 2022-ci ildə 8,25 faiz, 2023-cü ildə 9 faiz, 2024-cü ildə 7,75 faiz olub.