Medianews.az
Məhkəmədən sonra Kamran Əsədovdan
55 baxış

Məhkəmədən sonra Kamran Əsədovdan ilk açıqlama

"Qeyd edilən cinayət işi üzrə mən özümü təqsirli bilmirəm".

Medianews.az xəbər verir ki, bu fikirləri "Unikal"a Gəncə şəhər məhkəməsində keçirilən məhkəmədən sonra təhsil eksperti Kamran Əsədov deyib.

"Birmənalı şəkildə bu gün keçirilən məhkəmədə hakimin verdiyi sullara cavabımda dedim ki, mən özümü adıçəkilən ittihamlar üzrə təqsirli bilmirəm. İnanıram ki ədalətli məhkəmə olacaq. Azərbaycanda ədalətli məhkəmə var, inanıram ki, ədalət ortaya çıxacaq. Qeyd edilən məsələlər üzrə özümü birmənalı şəkildə təqsirli bilmirəm", - deyə Əsədov bildirib.

Qeyd edək ki, toplanmış sübutlara əsasən Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilmiş, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Bizə qoşulun