"Real Madrid"in hücumçusu Kilian Mbappe klubun əsas heyətində yer almamasına istehzalı münasibət bildirib.
Medianews.az-ın məlumatına görə, futbolçu bildirib ki, İspaniya çempionatının 36-cı turunda "Oviedo" ilə oyuna tam hazır idi, lakin baş məşqçi Alvaro Arbeloa onu dördüncü hücumçu hesab edib.
Mbappe əlavə edib ki, məşqçinin mətbuat konfranslarını izləmədiyi üçün qərarların səbəbini bilmir: “Evdə fransız televiziyasına baxıram, ispan televiziyasına yox”.
Mayın 14-də keçirilən görüşdə “Real Madrid” 2:0 hesabı ilə qalib gəlib. Mbappe oyuna ehtiyat oyunçular skamyasından başlayıb və 69-cu dəqiqədə meydana daxil olaraq məhsuldar ötürmə ilə yadda qalıb.
Fransalı hücumçu 2024-cü ildə "PSJ"dən “Real Madrid”ə transfer olunub.
Medianews.az