Medianews.az
Matteus xizək sürərkən
59 baxış

Matteus xizək sürərkən ağır zədə alıb

1990-cı ildə Almaniya millisinin heyətində dünya çempionu olmuş Lotar Matteus Avstriyanın Oberlex-na-Arlberq dağ-xizək kurortunda istirahət edərkən ağır zədə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

64 yaşlı almaniyalı xizək sürərkən yıxılıb və nəticədə ona çiyin bağlarının ikili yırtılması diaqnozu qoyulub. "Qızıl top" sahibi hadisənin tətilin sonuncu günündə baş verdiyini bildirib. O, istirahətin sonuncu günündə, sonuncu enişi edən zaman buzlu və kələ-kötür yamacda çuxuru görmədiyini və sağ tərəfi üstə bərk yıxıldığını söyləyib.

Qeyd edək ki, L.Matteus Münhendə əməliyyat olunub.

Bizə qoşulun