Medianews.az
Mask rekord məbləğdə vergi ödəyib
104 baxış

Mask rekord məbləğdə vergi ödəyib

"SpaceX"in qurucusu və planetin ən varlı adamı olan İlon Mask bir il ərzində ABŞ büdcəsinə 10 milyard dollar vergi ödədiyini açıqlayıb.

Demokrat.az bildirir ki,  bu barədə Mask öz "X" hesabında paylaşım edib.

"Bir il ərzində 10 milyard dollar vergi ödəmişəm - tarixdə hər kəsdən daha çox", - deyə iş adamı yazıb.

İlon Mask bildirib ki, bu məbləğ fiziki şəxslər arasında bir il ərzində ödənilmiş ən böyük vergi məbləğidir. O əlavə edib ki, ölümündən sonra hökumət onun əmlakının daha 40%-ni müsadirə edəcək. İş adamının qiymətləndirməsinə görə, o, həyatı boyunca hökumətə ümumilikdə trilyonlarla dollar vəsait ödəyəcək.

Bundan əvvəl isə İlon Mask bildirib ki, onun rekord həcmdə vergi ödənişi bir dəfə ABŞ Vergi Xidmətinin (IRS) kompüter sisteminin sıradan çıxmasına səbəb olub. Onun sözlərinə görə, proqram çekdə göstərilən həddindən artıq böyük məbləği emal edə bilməyib.

Biznesmen qeyd edib ki, məmurlar ödənişi qəbul etmək üçün proqram təminatını təcili şəkildə yeniləməyə məcbur qalıblar.

Bizə qoşulun