ABŞ-nin Kaliforniya ştatında marketdə baş verən zorakılıq hadisəsi ictimaiyyətdə narazılıq doğurub.
Medianews.az xəbər verir ki, hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məlumata görə, hadisə Cənubi Kaliforniyada yerləşən “Vhole Foods” mağazasında baş verib. Təxminən 30 yaşlarında olduğu bildirilən şübhəli şəxs qadına qarşı qeyri-etik hərəkətlər edərək fiziki təmasda olub. Görüntülərdə onun əlində mobil telefon olduğu da əks olunub.
Santa Clarita Valley Şerif İdarəsi şübhəlinin kimliyinin müəyyənləşdirilməsi üçün ictimaiyyətə müraciət edib. Vətəndaşlardan şübhəlini tanıdıqları halda hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Hazırda faktla bağlı araşdırma davam edir. Rəsmi qurumlar ictimai yerlərdə baş verən bu cür halların ciddi nəzarətdə saxlanıldığını bildiriblər.
Medianews.az