Medianews.az
Mahsun Kırmızıgül, Özcan Deniz və Alişan illər sonra
466 baxış

Mahsun Kırmızıgül, Özcan Deniz və Alişan illər sonra eyni masada - FOTO

Türkiyə musiqi dünyasında bir dövr damğa vurmuş Mahsun Kırmızıgül, Özcan Deniz və Alişan uzun illərdən sonra ilk dəfə bir araya gəldi. Çeşmədə baş tutan görüşdə onlar birlikdə səhər yeməyi yeyərək illər əvvəlki dostluqlarını yenidən canlandırdılar.

Medianews.az xəbər ki, üç məşhur sənətçinin birlikdə çəkdirdiyi foto sosial şəbəkələrdə böyük maraqla qarşılandı.

1990-cı illərdə mərhum Hilmi Topaloğlunun qurduğu Prestij Müzik şirkətinin əsas ulduzları olan bu üç sənətçi, o dövrdə böyük uğurlar əldə etmişdi. Lakin illər sonra şirkətin iflas etməsi və aralarında yaranan inciklik səbəbilə yolları ayrılmışdı. Xüsusilə Mahsun Kırmızıgül ilə Alişan arasında yaşanan gərginlik uzun müddət mediada müzakirə olunmuşdu.

Alişanın qardaşı Selçuk Tektaşın vəfatından sonra münasibətlərdə buzlar əriməyə başladı. Mahsun Kırmızıgül və Özcan Deniz ilə yenidən əlaqə quran Alişan, zamanla münasibətləri bərpa etdi.

Nəhayət, üç məşhur sənətçi illər sonra bir süfrə arxasında bir araya gələrək, həm köhnə günləri xatırladılar, həm də dostluqlarının davam etdiyini nümayiş etdirdilər.

Medianews.az

Bizə qoşulun