Medianews.az
Maduronu ABŞ-yə satan şəxsin adını
90 baxış

Maduronu ABŞ-yə satan şəxsin adını açıqladı

Kolumbiyanın sabiq vitse-prezidenti Santos Kalderon Venesuela lideri Nikolas Maduronun ABŞ-yə təhvil verilməsinin arxasında Delcy Rodrigesin dayandığını iddia edib.

Santos Kalderon ABŞ-nin Maduronu heç bir müqavimətlə üzləşmədən iki saatlıq əməliyyatla ölkədən çıxarmasından sonra açıqlama verib. O, Delcy Rodrigesi "Maduronu satan şəxs" adlandıraraq, onun ABŞ-yə təhvil verdiyinə tam əmin olduğunu deyib.

Nikolas Maduronun saxlanılmasından sonra Venesuelada prezident səlahiyyətlərini müvəqqəti olaraq Delcy Rodriges icra etməyə başlayıb. O, parlamentdə and içərək müvəqqəti olaraq dövlət başçısı vəzifəsini rəsmi şəkildə üzərinə götürüb.

Qeyd olunub ki, Delcy Rodriges 2017-ci ildən etibarən Venesuela Prezidentinin vitse-prezidenti olub. Venesuela Ali Məhkəməsi Maduronun yoxluğunu əsas gətirərək, dövlət idarəçiliyinin davamlılığını təmin etmək məqsədilə prezidentin bütün səlahiyyətlərinin müvəqqəti olaraq Rodrigesə verilməsi barədə qərar çıxarıb. Ordu da bu qərarı dəstəkləyib.

İddialara əsasən, Delcy Rodriges özünü ABŞ administrasiyasına "Maduro rejiminin qəbul edilə bilən alternativi" kimi təqdim edib. Bu amil ABŞ əməliyyatının müqavimətsiz həyata keçirilməsinin əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, solçu ailədən olan 57 yaşlı Delcy Rodriges Hugo Çaves dövründən etibarən ölkədə müxtəlif yüksək vəzifələrdə çalışıb./Milli.az/

Bizə qoşulun