Medianews.az
"Liverpul" - "Qalatasaray" matçının hakimləri
133 baxış

"Liverpul" - "Qalatasaray" matçının hakimləri açıqlanıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Liverpul” – “Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.

Medianews.az Trend-ə istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomas Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pavel Raçkovski yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasındakı ilk oyunda “Qalatasaray” qələbə qazanıb – 1:0. Cavab görüşü martın 19-da Liverpulda olacaq.

Bizə qoşulun