Medianews.az
"Liverpul" gürcünün yolunu açmaq üçün
109 baxış

"Liverpul" gürcünün yolunu açmaq üçün ulduzunu göndərir?

"İnter" klubu "Liverpul"un və Braziliya millisinin ulduz qapıçısı Alisson Beckeri transfer etməkdə maraqlıdır.

 Medianews.az xəbər verir ki, bununla bağlı publika.az məlumat yayıb.

"İnter"in əsas qapıçısı Yann Sommerin müqaviləsi cari mövsümün sonunda başa çatır. Klub rəhbərliyi isveçrəli ilə sözləşməni uzatmağı planlaşdırmır və ona əvəzləyici axtarır.

Bildirilir ki, "Liverpul" yayda Alissonla yolları ayırmağa hazır ola bilər, çünki artıq onun əvəzedicisi kimi Giorgi Mamardaşvilini əsas heyət üzvü kimi görür.

Braziliyalı qapıçıya "İnter"lə yanaşı, "Yuventus" da iddialıdır. Alissonun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

"İnter" Alissondan başqa, "Tottenhem"in qapıçısı Quqlyelmo Vikarionun namizədliyini də nəzərdən keçirir.

Qeyd edək ki, Alisson 2016-2018-ci illərdə A Seriyasında "Roma"nın heyətində çıxış edib.

Bizə qoşulun