Medianews.az
 Lamin Yamal "Oruc tutacam" dedi -
150 baxış

Lamin Yamal "Oruc tutacam" dedi - “Barselona” hərəkətə keçdi

“Barselona” klubu gənc ulduz futbolçu Lamin Yamal üçün Ramazan ayında xüsusi qidalanma və məşq proqramı hazırlayıb.

Medianews.az xəbər verir ki, texniki və tibbi heyət oyunçunun fiziki göstəricilərini qorumaq və oyun performansının düşməsinin qarşısını almaq üçün ona fərdi plan tərtib edib.

Proqram çərçivəsində Yamalın məşq tempi, maye balansı və bərpa prosesi diqqətlə izlənəcək.

Klubun məqsədi gənc futbolçunun Ramazan ayı boyunca həm oruc tutmasını təmin etmək, həm də çətin oyun qrafiki arasında performansını ən yüksək səviyyədə saxlamaqdır.

Ekspertlər bildirir ki, düzgün qidalanma və maye balansının qorunması peşəkar idmançılar üçün bu dövrdə çox önəmlidir. Bu səbəbdən “Barselona” səviyyəli proqramla Yamalın enerjisi və bərpası təmin olunacaq.

Medianews.az

Bizə qoşulun