Medianews.az
Köməkçi olmağa getdi,
96 baxış

Köməkçi olmağa getdi, baş məşqçi təyin edildi

Fərid Namazov "İmişli”yə təsadüfən baş məşqçi təyin olunub.

Medianews.az Futbolinfo.az-a istinadla xəbər verir ki, vaxtilə bu komandanı Premyer Liqaya çıxaran, elitadakı ilk mövsüm öncəsi yollar ayrılan gənc mütəxəssis yeni baş məşqçinin köməkçisi olmalı imiş. Lakin Jorj Kaşkilya ilə vidalaşan klub uzun müddətdir danışıq aparılan ispan mütəxəssislə anlaşa bilməyib. Belədə zaman itirməyən "İmişli” onu baş məşqçi təyin edib.

Lakin bu təyinat müvəqqəti xarakterlidir. Mövsümün startı uğurlu alınmasa, Fərid bəy istefaya göndəriləcək. Klub rəhbərliyi ona güvənməklə zaman qazanmaq, arzuladığı əcnəbi mütəxəssisi seçmək niyyətindədir.

Bizə qoşulun