Medianews.az
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
85 baxış

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb.

Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə götürülüblər.

Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər və onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.

Qeyd olunur ki, saxlanılan şəxslər hüquqi əsas olmadan Gürcüstanda yaşayıblar.

Bizə qoşulun