Medianews.az
Klub turnirlərinə vəsiqə alan komandaların siyahısı
98 baxış

Klub turnirlərinə vəsiqə alan komandaların siyahısı

UEFA-nın klub turnirlərinin 2026-2027 mövsümünün bütün iştirakçıları bəllidir. Çempionlar Liqasına 81, Avropa Liqasına 45, Konfrans Liqasına 111 komanda buraxılıb.

Medianews.az bildirir ki, İngiltərə mövsümdə 9, İspaniya 8, İtaliya, Almaniya və Fransa 7, Niderland 6, Portuqaliya, Belçika, Çexiya, Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşa 5 komanda ilə təmsil olunur.

33 UEFA üzvünün, o cümlədən Azərbaycanın kvotası 4 komandadır.

Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq və San Marino üçün 3, Lixtenşteyn üçün 1 yer ayrılıb.

Rusiya yarışlardan kənardır.

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.

Reqlamentə görə, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Medianews.az

Bizə qoşulun