Medianews.az
Kişi ilana süni tənəffüs edib –
222 baxış

Kişi ilana süni tənəffüs edib – FOTO

Hindistanda kişi elektrik cərəyanı vuran ilana süni tənəffüs edib.

Medianews.az xəbər verir ki, hadisə Qucarat ştatında baş verib.

Fermerlər huşunu itirmiş ilanı görüblər. Onlar bildiriblər ki, sürünəni elektrik cərəyanı vurub.

İşçilərin ilana yazığı gəlib və Mukeş Vayad adlı xilasedicini çağırıblar. 

Hadisə yerində Vayad ilanın zəhərli olmadığını müəyyən edib. Ona görə də ona ürək masajı və süni tənəffüs edib. Yarım saat davam edən cəhdlərdən sonra ilan özünə gəlib və kolların içinə sürüşüb.

Vayad bildirib ki, o, son 10 ildir ilanları xilas edir və bu məqsədlə xüsusi təlim keçib.

Medianews.az

Bizə qoşulun