Medianews.az
Keşlə qəsəbəsində obyekt
88 baxış

Keşlə qəsəbəsində obyekt YANIR

Bakı şəhəri, Nizami rayonu ərazisində obyektdə yanğın baş verib.

Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək".

Bizə qoşulun