Braziliyada gənclər arasında keçirilən gözəllik müsabiqəsinin qalibi Camila Rodrigues Cardoso katolik rahibə olub.
Medianews.az xəbər verir ki, o, 18 yaşında "Miss Continent" müsabiqəsinin qalibi olub.
Gözəllik kraliçası "Miss Braziliya" və "Miss Kainat" yarışmasında namizəd sayılırdı. Ona modellik müqavilələri təklif edilib və şou-biznesə dəvət olunub. Lakin o, qəfildən qlamur sənayesini tərk edib.
Gənc qadın həyatını Allaha xidmətə həsr etməyə qərar verib. O, atası vəfat edəndə doqquz yaşında imana bağlı olduğunu deyib. Gözəllik müsabiqəsində qalib olandan sonra Kardoso bunun ona rahatlıq gətirmədiyini anlayıb və bu yoldan imtina etmək qərarına gəlib.
Qızın indi 21 yaşı var. O, Eva adı ilə monastırda yaşayır və gecəqondularda yaşayan uşaqlara dərs deyir. O, etiraf edib ki, evlilik təklifləri almağa davam edir, lakin onları ciddi qəbul etmir. İndi onun həyatı yalnız Allaha məxsusdur.
Medianews.az