Türkiyənin əfsanəvi müğənnisi Kayahanın Balıkesir vilayətinin Gömeç rayonunda yerləşən dəbdəbəli malikanəsi satışa çıxarılıb.
Medianews.az xəbər verir ki, malikanə 1609 kv metr ərazidə inşa olunub. Dörd bir tərəfdən hasara alınmış məkanda yan-yana 5 ev var. Hər ev 5 yataq otağı və 1 geniş zaldan ibarətdir. 2015-ci ildə vəfat edən müğənni sevilən mahnılarından coxunu bu malikanədə bəstələyib.
Türkiyə mediası malikanənin qiymətini açıqlayıb. Məlum olub ki, dəniz kənarında yerləşən bu möhtəşəm mülkə sahib olmaq istəyən insan 130 milyon lirədən ( təxminən 5 milyon 200 min manat) keçməli olacaq.