Medianews.az
Anar Əliyev IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə
65 baxış

Anar Əliyev IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində IV "Yüksəliş" müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüşüb.

Medianews.az xəbər verir ki, görüşdə Mentorluq Proqramına uyğun olaraq müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün nazirlikdə yaradılan şərait, onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub.

Müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qaliblərin təklifləri dinlənilib, layihələrlə bağlı müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Bizə qoşulun