Medianews.az Oxu24.com-a istinadən məlumat verir ki, Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.
Əlilliyə görə əmək pensiyası təyin edilərkən tələb olunan sığorta stajının hesablanması qaydası aşağıdakı misal ilə təqdim olunur:
Misal: 40 yaşlı sığortaolunan şəxsin 15 iyul 2023-cü il tarixində orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlilliyi müəyyən olunub və onun 16 il sığorta stajı var.
Əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 40 yaşlı sığortaolunanın tələb olunan 8 il 4 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (40 yaş - 15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 25 il) x 4 ay = 100 ay / 12 = 8 il 4 ay) sığorta stajı olduğu üçün onun əlilliyə görə əmək pensiyası hüququ yaranır.