İtaliyalı tennisçilər Yannik Sinner, Lorentso Muzetti və Luçano Darderi 2026-cı il Avstraliya Açıq Çempionatında tarixi nailiyyətə imza atıblar.
Bu barədə Oxu.Az Championat.com nəşrinə istinadən xəbər verir.
Məlumata görə, ilk dəfə olaraq eyni zamanda üç italyan oyunçu yarışın dördüncü raunduna çıxıblar.
Sinner üçüncü raund matçında ABŞ-li tennisçi Elliot Spizzirri 4-6, 6-3, 6-4, 6-4 hesabları ilə məğlub edib. Muzetti çexiyalı Tomas Maçax üzərində 5-7, 6-4, 6-2, 5-7, 6-2 hesabları ilə qələbə qazanıb. Darderi isə rusiyalı Karen Xaçanovdan (7-6, 3-6, 6-3, 6-4) güclü olub.
Yarışın hazırkı çempionu Yannik Sinnerdir. O, ötən ilin finalında alman tennisçi Aleksandr Zverevi məğlub edərək bu titulu əldə etmişdi.