ABŞ senatoru Berni Sanders ölkəsinin İrana qarşı hərbi əməliyyatlarının maliyyətinin 22,8 milyard dollara çatdığını açıqlayıb.
Medianews.az xəbər verir ki, Berni Sanders bu fikirləri X sosial şəbəkəsində etdiyi paylaşımda səsləndirib.
O bildirib ki, bu vəsait alternativ olaraq sosial sahələrə yönəldilə bilərdi: “Bu pulla 6,8 milyon uşağa tibbi xidmət göstərmək, 2,6 milyon sosial mənzil tikmək və 240 min müəllim işlə təmin etmək mümkün idi”.
Sanders həmçinin büdcənin ərzaq dəstəyi proqramları və tələbə kreditlərinin azaldılmasına sərf edilə biləcəyini vurğulayaraq, ABŞ rəhbərliyinin prioritetlərini tənqid edib.
Onun açıqlaması ölkədə hərbi xərclərin iqtisadi və sosial təsirləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Medianews.az