Medianews.az
İranın Ərbildəki BƏƏ konsulluğuna dron hücumu -
55 baxış

İranın Ərbildəki BƏƏ konsulluğuna dron hücumu - ANBAAN VİDEO

İranın ABŞ və İsrailə qarşı həyata keçirdiyi cavab hücumları fonunda İraqın Ərbil şəhərində yerləşən Birləşmiş Ərəb Əmirliklərinin konsulluğu dron hücumuna məruz qalıb.

Medianews.az xəbər verir ki, hücum nəticəsində konsulluğun mühafizəsində çalışan iki Nepal vətəndaşı yaralanıb.

Hadisə zamanı binaya ciddi maddi ziyan dəydiyi bildirilib.

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi insidentlə bağlı yaydığı açıqlamada diplomatik nümayəndəliyin hədəfə alınmasını kəskin şəkildə pisləyib. Bəyanatda qeyd olunub ki, bu cür hücumlar regionda təhlükəli gərginliyin artmasına səbəb olur və beynəlxalq hüququn açıq şəkildə pozulması hesab edilir.

Nazirlik həmçinin Bağdad və Ərbil rəhbərliyini hadisənin araşdırılması, hücumu həyata keçirən şəxslərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görməyə çağırıb.

Hadisədən sonra İraq Kürdüstan Regional Hökuməti də bəyanat yayaraq hücumu pisləyib. Ərbil administrasiyası insidenti həm beynəlxalq hüququn, həm də İraqın suverenliyinin pozulması kimi qiymətləndirib.

Bəyanatda Bağdad hakimiyyəti bölgədə fəaliyyət göstərən qanunsuz silahlı qruplara qarşı tədbir görməyə və təhlükəsizliyin təmin olunmasına çağırılıb.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurma regionda gərginliyi daha da artırıb və müxtəlif ölkələrdə diplomatik obyektlər və hərbi hədəflər risk altında qalmaqdadır.

Bizə qoşulun