İranda keçirilən etiraz aksiyaları zamanı bir qrup nümayişçi üzərində David ulduzu və “Baal” yazısı olan heykəli yandırıb.
Medianews.az xəbər verir ki, aksiya zamanı “İsrailə ölüm” şüarları səsləndirilib.
2025-ci ilin dekabrında iqtisadi problemlərlə başlayan etirazlar qısa müddətdə siyasi tələbləri də əhatə edən genişmiqyaslı hərəkata çevrilib. Nümayişlər zamanı hökumətin siyasəti, sosial-iqtisadi böhran və ölkənin xarici siyasət kursu əsas müzakirə mövzularından olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup etirazçının üzərində David ulduzu simvolu və “Baal” sözü olan heykəli yandırdığı əks olunub. Aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər.
Hadisə beynəlxalq medianın diqqətini cəlb edib. Rəsmi qurumlar məsələ ilə bağlı hələlik geniş açıqlama verməyib.
Medianews.az
