Medianews.az
Diplomatiyanın ən zərif anı: Azərbaycanın nağılı Ağ Evin balaca qonağının əlində…
121 baxış

Diplomatiyanın ən zərif anı: Azərbaycanın nağılı Ağ Evin balaca qonağının əlində… VİDEO

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan səfərində bir detal var idi ki, rəsmi protokoldan daha çox diqqətimi çəkdi…

Vitse-prezident pilləkənləri 4 yaşlı qızı Mirabelin əlindən tutaraq enirdi, siyasətin ən sərt zirvəsində belə ata qayğısı…

Və sonra incə, amma dərin bir jest. Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov balaca Mirabelə xüsusi hazırlanmış gül buketi təqdim etdi. Amma bu, sadəcə buket deyildi. Güllərin içində Azərbaycanın xalq nağıllarını əks etdirən bir kukla qız da var idi.

Bu artıq diplomatiyadan daha böyük bir mesaj idi.

Bir ölkə öz mədəniyyətini, nağıllarını və yaddaşını bir uşağın əlinə verirdi. Sərt siyasi görüşlərdən əvvəl balaca bir qəlbə toxunan yumşaq bir simvol…

Mirabel buketi alarkən üzündəki təəccüb və maraq ifadəsi hər şeyi deyirdi.

Bəzən dövlətlərarası münasibətlər sənədlərlə qurulur. Amma yadda qalan məhz belə incə jestlər olur. Diplomatiyanın ən gözəl dili: mədəniyyət və uşaq təbəssümüdür.

Hafiz Əhmədov

Bizə qoşulun