Medianews.az
23 yaşlı modelyer atası tərəfindən öldürüldü -
61 baxış

23 yaşlı modelyer atası tərəfindən öldürüldü - Trampa görə

ABŞ-da tətildə olan 23 yaşlı britaniyalı modelyer Lüsi Harrison Texas ştatında atası tərəfindən güllələnərək öldürülüb.

Medianews.az xəbər verir ki, hadisə İngiltərənin Uorrinqton şəhərindən olan gənc qadının ailəsini ziyarət etmək üçün getdiyi Texasda baş verib.

İddialara görə, Lüsi Harrison ilə atası Kris Harrison arasında ABŞ prezidenti Donald Trump ilə bağlı mübahisə yaranıb. Mübahisənin Epşteyn sənədləri ilə əlaqəli olduğu bildirilir.

Şahid qismində ifadə verən Lüsinin sevgilisi Sem Littler hadisənin yanvarın 10-u səhər saatlarında, İngiltərəyə qayıtmağa bir neçə saat qalmış baş verdiyini deyib. Onun sözlərinə görə, mübahisə zamanı Lüsi atasına Trampa qarşı səsləndirilən ittihamlara istinad edərək sual ünvanlayıb. İddialara görə, ata ilə qızı arasında gərginlik bundan sonra daha da artıb.

Bildirilir ki, hava limanına yola düşmələrinə təxminən 30 dəqiqə qalmış Kris Harrison qızını yataq otağına aparıb. Qısa müddət sonra evdə atəş səsi eşidilib. Lüsini qan içində tapan sevgilisi atasının onun başının üstündə dayandığını bildirib.

Araşdırma zamanı məlum olub ki, Kris Harrison əvvəllər alkoqol asılılığı səbəbindən reabilitasiyadan keçib. Bununla belə, münsiflər heyəti hadisə ilə bağlı heç kimə qarşı ittiham irəli sürməmək qərarına gəlib.

Lüsinin anası Jane Coates məhkəmədə qızının həyat dolu və həssas insan olduğunu bildirib. O, məşhur moda brendi Boohoo-da çalışan Lüsinin fikirlərini açıq ifadə etməkdən çəkinmədiyini deyib.

Hadisə ilə bağlı istintaqın bu həftə yekunlaşacağı gözlənilir.

Medianews.az

Bizə qoşulun