İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubio tərəfindən irəli sürülən, bir iranlının ABŞ prezidenti Donald Trampa sui-qəsd planlaşdırdığı iddiasını təkzib edib.
Medianews.az xəbər verir ki, bununla bağlı İsmayıl Bəqayi sosial şəbəkədə açıqlama paylaşıb.
O, açıqlamasında Rubionun Konqresdə səsləndirdiyi fikirləri “əsassız” adlandırıb və İran agentinin ABŞ siyasətçilərinə qarşı sui-qəsd planına görə məhkum edilməsi iddiasını rədd edib.
O, həmçinin ABŞ-ni müharibə zamanı Minab və Ləmerd şəhərlərində mülki şəxslərə qarşı hücumlarda ittiham edərək, “Qurban rolunu oynamaq İran xalqına qarşı törədilən cinayətləri ört-basdır etmir. Hər ittiham bir etirafdır”, – deyə bildirib.