Medianews.az
“İki həftəyə dəqiq bilinəcək ki, Azərbaycan iqtisadiyyatı...” –
96 baxış

“İki həftəyə dəqiq bilinəcək ki, Azərbaycan iqtisadiyyatı...” – Ekspert

“Bu il Körfəzdəki müharibə və onun fəsadları dünya bazarlarında neft və qaz qiymətlərinin bahalaşmasına gətirib çıxartdı. Ümumən hesab edilir ki, bu il neftin orta qiyməti 75 dollardan az olmayacaq, Avropada qazın orta qiyməti isə 450 dollar ətrafında bərqərar olacaq, çünki mavi yanacağa tələbat həm də iqlim faktorlarından qaynaqlanır”. Medianews.az xəbər verir ki, bu fikirləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban feysbuk hesabında yazıb.

O bildirib ki, bu il ilk dəfə neft və qazın yüksək qiymətləri Azərbaycan iqtisadiyyatının ümumən proqnozdan hiss ediləcək səviyyədə aşağı tempdə artımı ilə müşahidə olunacaq: “Bunun səbəbi neftin və qazın kifayət qədər qazanc gətirməməsinə bağlı deyil. Sadəcə dövlətin zəhmli ata obrazında hökumətə ciddi cəhdlə "pul xərcləməsini yığışdırın, indi o zamana deyil, görək dünyanın axırı nə olacaq" tapşırığından irəli gəlir. İqtisadiyyat naziri də bir qədər əvvəl təsdiqlədi ki, dövlət sifarişləri ilə həyata keçirilən layihələrə xərcləmələr azalıb.

Hökumət büdcə proqnozu üzrə xərcləmələri azaltdığından ilin əvvəlindən real nəticədə büdcədə profisit (artıq pul) yaranır. Amma proqnoza görə, xərcləmələr təsdiq edilmiş büdcə üzrə həyata keçirilsəydi, ortalama hər rüb üzrə təqribən 1 milyard manata yaxın defisit olmalıydı.

İki həftəyə daha dəqiq bilinəcək ki, Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını necə başa vurub”.

Medianews.az

Bizə qoşulun